Gəncədə qaçış üzrə yarış keçiriləcək. Bu haqda 11 may tarixində Atletika Federasiyasına istinadən məlumat veririk.
“Gəlin birlikdə qaçaq” şüarı altında kütləvi həvəskar yarış Heydər Əliyevin yüzillik yubileyinə həsr olunub. Tədbir 28 may tarixində baş tutacaq. Qaçış Azərbaycan Atletika Federasiyasının təşkilatçılığı ilə keçirilir.
Start saat 10:00-da Heydər Əliyev parkındakı Zəfər tağının önündən olacaq. Müsabiqədə iki məsafə üzrə qaçış baş tutacaq:
- Əsas məsafə. Uzunluğu 11 km, Zəfər tağı önündən başlayaraq parkın ətrafında iki dairə qaçılacaq.
- Region üzrə məsafə. Uzunluğu 6 km, Zəfər tağı önündən başlayaraq parkın ətrafında bir dairə qaçılacaq.
Burada ümumi, 40+, 50+ və 60+ kişi və qadın kategoriyaları mövcuddur. Müsabiqədə iştirak haqqı 10 manatdır.
Qatılmaq üçün qeydiyyatdan keçmək lazımdır.