14.7 C
Gence
14.7 C
Gence

Gülçülük sahəsinin rəisi doğum günü münasibətilə təbrik edilib

Gəncədə Mənzil Kommunal Təsərrüfatı İstehsalat Birliyində rəisin doğum günü iş başında qeyd olunub. Bu haqda 1 oktyabr tarixində birliyin mətbuat katibinə istinadən məlumat veririk.

Yaşıllaşdırma şöbəsinin Gülçülük sahəsinin rəisi Nazı Bağırova 67 yaşının tamam olması münasibətilə MKTİB-nin rəisi Nurəhməd Əhmədov və qurumun rəhbər şəxsləri onu təbrik ediblər. Onun əmək fəaliyyəti rəhbərlik tərəfindən yüksək qiymətləndirilib. Bağırovaya can sağlığı və işlərində uğurlar arzulanıb.

Qeyd edək ki, Nazı Bağırova 1976-cı ildən MKTİB-də işləyir.

Ən Çox Oxunan