16.4 C
Gence
16.4 C
Gence

GİA iftar mərasimi təşkil edir

Gəncədə sahibkarlar üçün iftar mərasimi keçiriləcək. Bu haqda 20 aprel tarixində “Gəncə İş Adamları” İctimai Birliyinə istinadən məlumat veririk.

GİA müqəddəs Ramazan ayı münasibətilə 21 aprel tarixində saat 19:00-da iftar mərasimi təşkil edəcək. Süfrə Şah Saray şadlıq evində açılacaq. Burada GİA-nın üzvləri və sahibkarlar arasında işgüzar əlaqələrin genişləndirilməsi, regionda sahibkarlığın inkişaf etdirilməsi istiqamətində fikir mübadiləsi, müzakirələrin aparılması da nəzərdə tutulub.

İştirak etmək istəyən sahibkarlar (050) 201 68 70, (055) 303 99 77 nömrələri ilə əlaqə saxlaya bilərlər.

Ən Çox Oxunan