10.3 C
Gence
0.5 C
Ganja

Futbol üzrə birincilik təşkil olunub

Gəncədə birincilik baş tutub. Bu haqda 9 noyabr tarixində 1 nömrəli Uşaq-Gənclər İdman-Şahmat Məktəbinə istinadən məlumat veririk.

Futbol üzrə daxili  birincilik Zəfər Gününə  həsr olunub. Turnir Azərbaycan Təhsi̇l İşçi̇ləri̇ Azad Həmkarlar İtti̇faqi Gəncə şəhər Komitəsinin və 1 nömrəli Uşaq-Gənclər İdman-Şahmat Məktəbinin birgə təşkilatçılığı ilə keçirilib. Burada 2015-2016-cı il təvəllüdlü uşaqlar mübarizə aparıblar.

Onların nəticələri aşağıdakı kimidir:

  • “Offside” komandası – I yer;
  • “Azəri” komandası – II yer;
  • “Arzu” komandası – III yer.

Qalib komandalar diplom, medal, kubok və hədiyyələrlə təltif olunublar.

Ən Çox Oxunan