13.6 C
Gence
13.6 C
Gence

Fransa telekanalı bəstəkarımızın əsərlərindən ibarət konserti nümayiş etdirəcək

Məşhur xarici telekanalda görkəmli bəstəkarımızın konsert proqramı nümayiş etdiriləcək. Bu haqda noyabrın 21-i Azərtac-a istinadən məlumat veririk.

“Mezzo” telekanalında görkəmli bəstəkar Fikrət Əmirovun anadan olmasının 100 illiyinə həsr olunmuş Monte-Karlo Filarmoniya Orkestrinin iştirakı ilə Xalq artisti, dirijor Rauf Abdullayevin rəhbərliyi altında konsert nümayiş etdiriləcək.

Konsert proqramına bəstəkarın “Kürd-ovşarı” və “Gülüstan Bayatı-Şiraz” simfonik muğamları, “Şeyx Sənan” dramatik tamaşasından “Kor ərəbin mahnısı”, “Azərbaycan kapriççiosu” kimi əsərləri daxil edilib. Konsert dekabrın 1, 2 və 7-si nümayiş olunacaq.

Qeyd edək ki, “Mezzo” incəsənəti, musiqini təbliğ edən Fransa telekanalıdır. Kanalın musiqi proqramları daha çox keçmiş illərdə canlı konsertlər, festivallar zamanı hazırlanmış çəkilişlərdən ibarətdir.

Ən Çox Oxunan