Gəncədə uşaqlar üçün ekskursiyalar keçirilir. Bu haqda 27 aprel tarixində “Fərəh” Sosial İctimai Birliyinə istinadən məlumat veririk.
Fiziki məhdudiyyətli və aztəminatlı ailələrdən olan uşaqlar üçün Qənbər Hüseynlinin məşhur “Cücələrim” mahnısı ilə əlaqədar olan “Cücələrim” istirahət parkına ekskursiya təşkil olunub. Məqsəd balacaların asudə vaxtlarını səmərəli təşkil etmək, onların dünyagörüşünü, bilik və bacarıqlarını artırmaqdır.
Ekskursiyalar hər həftənin çərşənbə günü təşkil olunur və təlim proqramına uyğun olaraq, ekskursiya məkanları seçilir. Burada iştirak ödənişsizdir.
Ətraflı məlumat və qeydiyyat üçün (050) 428 82 57 nömrəsi ilə əlaqə saxlamaq lazımdır.