Gəncədə tələbələr muzeyi ziyarət ediblər. Bu haqda 18 aprel tarixində GDU-ya istinadən məlumat veririk.
Gəncə Dövlət Universiteti Tələbə Gənclər Təşkilatının təşkilatçılığı ilə Fizika və texniki fənlər fakültəsinin fəal tələbələri Gəncə Qala Qapıları – Arxeologiya və Etnoqrafiya Muzeyi Abidə Kompleksində olublar. Bələdçilərin müşayiəti ilə tələbələr abidə kompleksi ilə yaxından tanış olublar. Bildirilib ki, bu abidə şəhərin “Məqbərə qapısı” adlanan qapılarının bərpa olunan variantıdır.
Tələbələr kompleksdə sərgilənən xalçalar, Şərq süfrə mədəniyyətinə xas çay dəstgahı, dulusçuluq, misgərlik sənəti nümunələri və digər eksponatlarla tanış olublar.