22.5 C
Gence
22.5 C
Gence

Filologiya fakültəsinin təcrübəçi tələbələri üçün ekskursiya təşkil edilib

Gəncədə tələbələr ekskursiyada olublar. Bu haqda 16 may tarixində GDU-ya istinadən məlumat veririk.

Gəncə Dövlət Universiteti Tələbə Gənclər Təşkilatının təşəbbüsü ilə Filologiya fakültəsinin təcrübəçi tələbələri Nizami Gəncəvi Məqbərəsini ziyarət ediblər. Ekskursiya zamanı Azərbaycan və dünya ədəbiyyatı kafedrasının dosenti Qivami Qazıyev Nizami Gəncəvinin zəngin ədəbi fəaliyyətindən bəhs edib. Tələbələr dünya şöhrətli mütəfəkkirin həyat və yaradıcılığını əks etdirən eksponatlarla yaxından tanış olublar.

Daha sonra gənclər Gəncə Qala Qapıları – Arxeologiya və Etnoqrafiya Muzeyi Abidə Kompleksini ziyarət ediblər. Bələdçilərin müşayiəti ilə tələbələr abidə kompleksi ilə yaxından tanış olublar. Burada sərgilənən xalçalar, Şərq süfrə mədəniyyətinə xas çay dəstgahı, dulusçuluq, misgərlik sənəti nümunələri və digər eksponatlarla tanışlıq qonaqların marağına səbəb olub.

Ən Çox Oxunan