26.4 C
Gence
26.4 C
Gence

Filarmoniyada Kamera Orkestrinin konserti baş tutacaq

Gəncədə konsert proqramı təşkil olunacaq. Bu haqda 7 aprel tarixində Fikrət Əmirov adına Gəncə Dövlət Filarmoniyasına istinadən məlumat veririk.

Gəncə Dövlət Filarmoniyasında baş tutacaq tədbirdə Azərbaycan Respublikasının Xalq artisti Rafael Bayramovun rəhbərlik etdiyi Kamera Orkestri çıxış edəcək. Konsert 21 aprel tarixində saat 18:00-da başlayacaq.

Biletlərin qiyməti 4-8 manat arası dəyişir. Proqramda iştirak etmək istəyənlər biletləri filarmoniyanın kassalarından əldə edə bilərlər.

Ən Çox Oxunan