16.4 C
Gence
16.4 C
Gence

Fikrət Əmirovun yubileyi ilə əlaqədar opera nümayişi baş tutub

Gəncədə “Sevil” operası nümayiş olunub. Bu haqda Gencexeber.az-a 14 noyabr tarixində məlumat daxil olub.

Tədbir Mədəniyyət Nazirliyi və İcra Hakimiyyətinin dəstəyi, Regional Mədəniyyət İdarəsinin təşkilatçılığı ilə Gəncə Dövlət Filarmoniyasında baş tutub. Nümayiş Fikrət Əmirovun 100 illik yubileyinə həsr olunub. Burada icra başçısı Niyazi Bayramov, Türkiyənin Gəncədəki Baş konsulu Zeki Öztürk, idarə, müəssisə, təşkilat rəhbərləri, şəhər ziyalıları və ictimaiyyət nümayəndələri tamaşaçı qismində iştirak ediblər.

Əməkdar incəsənət xadimi Hafiz Quliyevin quruluş verdiyi tamaşanı dirijor Orxan Həşimov idarə edib. Bədii rəhbər Xalq artisti, professor Fərhad Bədəlbəylidir.

Ən Çox Oxunan