16.4 C
Gence
16.4 C
Gence

Fikrət Əmirovun yubileyi ilə əlaqədar növbəti tədbir keçirilib

Gəncədə konsert proqramı təşkil olunub. Bu haqda 23 noyabr tarixində Regional Mədəniyyət idarəsinə istinadən məlumat veririk.

Fikrət Əmirovun 100 illik yubileyinə həsr olunmuş konsert Bülbül adına 3 nömrəli Uşaq Musiqi Məktəbində baş tutub. Tədbirdə bəstəkarın müxtəlif janrda əsərləri ifa olunub.

Konsertdə şagirdlərlə yanaşı, məktəbin müəllimləri Məsmə Əsgərova, Afət Salahova, Bənövşə Abdullayeva, Akif Kazımov, Nazim Bağırov, Nurlana Hüseynova, Lamiyə Cəfərova, Aynur Əhmədova, Təranə Həsənli, Gülnar İsgəndərova, Sakit Quliyev, Leyla Abdulhüseynova, Samirə Hacıyeva və başqaları çıxış ediblər.

Ən Çox Oxunan