16.9 C
Gence
16.9 C
Gence

Fikrət Əmirovun xatirəsinə həsr olunmuş konsert keçirilib

Gəncədə Fikrət Əmirovun əsərlərindən ibarət konsert baş tutub. Bu haqda Gencexeber.az-a 19 noyabr tarixində məlumat daxil olub.

Fikrət Əmirovun 100-illik yubileyinə həsr olunmuş tədbir Mədəniyyət Nazirliyinin, Üzeyir Hacıbəyli adına Dövlət simfonik orkestrinin və Gəncə Dövlət Filarmoniyasının təşkilatçılığı ilə keçirilib. Konsertdə Bakı Dövlət Konservatoriyasının rektoru Fərhad Bədəlbəylinin, xalq artisti Azər Zeynalovun, müğənni Safura Aslanovanın və Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət simfonik orkestrinin (baş dirijor Rauf Abdullayev, dirijor Mustafa Mehmandarov) ifaları səsləndirilib. Onlar dahi bəstəkarın məşhur əsərlərini ifa ediblər.

Ən Çox Oxunan