23 C
Gence
18.5 C
Ganja

FHN və DİN maarifləndirici tədbir keçirib

Gəncədə yanğınlarla bağlı maarifləndirici tədbir keçirilib. Bu haqda 4 iyul tarixində Apa-ya istinadən məlumat veririk.

“Meşə, əkin və biçilmiş taxıl sahələrində yanğınlara qarşı qabaqlayıcı tədbirlər” mövzusunda olan tədbir Fövqəladə Hallar və Daxili İşlər nazirlikləri tərəfindən FHN-in Gəncə Regional Mərkəzində təşkil edilib. Görüşə qərb bölgəsində fəaliyyət göstərən aidiyyəti dövlət qurumlarının nümayəndələri və təsərrüfat sahibləri qatılıblar.

Burada FHN-in Baş əməliyyat idarəsinin rəis müavini Ağəli Hüseynov, Dövlət Yanğın Nəzarəti Xidmətinin rəis müavini Aqşin Kazımov çıxışlarında meşə, əkin və biçilmiş taxıl sahələrində baş verə bilən yanğınların qarşısının vaxtında alınması sahəsində birgə əməkdaşlığın daha da genişləndirilməsinin əhəmiyyətindən danışıblar.

Tədbirdə geniş fikir mübadiləsi aparılıb.

Sonda iştirakçılar Göygöl rayonunun Zurnabad kəndi ərazisindəki meşə massivi ilə əkin sahəsinin sərhədində texnika vasitəsilə biçilməsi, onların arasında şumlama yolu ilə təhlükəsizlik zolağının yaradılması əyani şəkildə nümayiş etdirilib.

Apa.az-dan foto
Apa.az-dan foto