14.1 C
Gence
11.5 C
Ganja

FHN tərəfindən növbəti tədbir təşkil edilib

Gəncədə maarifləndirici tədbir keçirilib. Bu haqda 7 noyabr tarixində FHN-ə istinadən məlumat veririk.

Tədbir Fövqəladə Hallar, Elm və Təhsil nazirliklərinin birgə təşkilatçılığı ilə FHN Gəncə Regional Mərkəzində “Məktəblinin dostu” layihəsinin iştirakçıları üçün təşkil olunub. Məqsəd fövqəladə hallardan mühafizə və mülki müdafiə sahəsində bilik və bacarıqların artırılmasıdır.

Burada FHN Gəncə Regional Mərkəzi, Gəncə Tibb Kollecinin əməkdaşları və “Məktəblinin dostu” layihəsinə cəlb olunan şəxslər iştirak ediblər. Tədbirdə Mərkəzin əməkdaşları tərəfindən fövqəladə hallar, yanğınlar zamanı zəruri davranış qaydaları, təxliyənin təşkili barədə ətraflı məlumat verilib, mövzulara dair videoçarx nümayiş olunub.

Daha sonra praktiki hissədə yanğın zamanı “Həyəcan” siqnalı verildikdən sonra tədbir iştirakçılarının təhlükəsiz yerə təxliyəsi həyata keçirilib, “yanğınla” mübarizə tədbiri simulyasiya edilib. Həmçinin tədbir iştirakçılarına zərərçəkmişin xilas edilməsi və ilkin tibbi yardım nümayiş olunub.

Sonda xilasetmə alət və avadanlıqları barədə tədbir iştirakçılarına məlumat verilib.

Ən Çox Oxunan