13.6 C
Gence
13.6 C
Gence

FHN sosial şəbəkələrdə yayılan video ilə bağlı açıqlama verib

Gəncədə çəkildiyi bildirilən video sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olub. Bu haqda 25 noyabr tarixində Qafqazinfo-ya istinadən məlumat veririk.

Sosial şəbəkə izləyicilərinin sözlərinə görə, həmin insanlar binaya Fövqəladə Hallar Nazirliyinin iş elanından sonra yığılıblar. Onlar növbəsiz şəkildə binaya daxil olmağa çalışırlar.

Məsələ ilə bağlı Fövqəladə Hallar Nazirliyindən açıqlama verilib. Qeyd olunub ki, bu gün Kəmaləddin Heydərov Gəncə və ətraf rayonların sakinləri ilə görüşəcək. Prosedura uyğun olaraq, qəbuldan bir gün öncə qeydiyyat aparılır. Sözügedən videodakı insanlar da qəbula yazılmaq üçün gələnlərdir.

Bildirilib ki, onların hər biri qeydiyyata alınıb. Bütün müraciət edən vətəndaşların qəbulu həyata keçirilir və hər bir müraciətlə bağlı nazirliyin səlahiyyətlərinə aid məsələlərlə bağlı operativ olaraq zəruri tədbirlər görülür.

Ən Çox Oxunan