18.6 C
Gence
18.6 C
Gence

FHN məktəblərin birində mülki müdafiə tədbiri keçirib

Gəncədə mülki müdafiə tədbiri baş tutub. Bu haqda 21 aprel tarixində 39 nömrəli tam orta məktəbə istinadən məlumat veririk.

Tədbiri Fövqəladə Hallar Nazirliyinin Gəncə Regional Mərkəzi 39 nömrəli tam orta məktəbdə keçirib. Məqsəd ictimaiyyətin diqqətinin fövqəladə hallardan qorunma və mülki müdafiə işinin təşkili məsələlərinə cəlb edilməsi, vətəndaşlara fövqəladə hallar zamanı düzgün davranış qaydalarının aşılanması olub.

Şagirdlərə mülki müdafiə üzrə maarifləndirici məlumat verilib. Daha sonra praktiki məşğələyə start verilib. Məktəbin ərazisində həyəcan siqnalı çalınmaqla şagird və müəllim heyəti hadisə yerindən təxliyə olunub, xilasetmə vasitələrindən istifadə edilməklə “zərərçəkmişlər” xilas edilib, onlara “təxirəsalınmaz ilkin yardım” göstərilib.

Ən Çox Oxunan