24.7 C
Gence
24.7 C
Gence

FHN Gəncə Regional Mərkəzində kurslar keçirilib

Gəncədə mülki müdafiə kursları keçirilib. Bu haqda 14 yanvar tarixində Fövqəladə Hallar Nazirliyi məlumat paylaşıb.

“Gənclərin çağırışaqədərki hazırlığı üzrə rəhbərlər” kateqoriyası üzrə mülki müdafiə kursları FHN Gəncə Regional Mərkəzində təşkil olunub. İştirakçılara baş verə biləcək fövqəladə hadisələrdən qorunma üsulları, fərdi və kollektiv mühafizə vasitələrindən istifadə qaydaları, idarəetmə orqanlarının əhalinin mühafizəsi sahəsindəki rolu ilə bağlı məşğələlər keçirilib. Bundan başqa ilkin tibbi yardımın göstərilməsi də öyrədilib.

Sonda kursu uğurla başa vurmuş iştirakçılara şəhadətnamələr verilib.

Ən Çox Oxunan