25.8 C
Gence
25.8 C
Gence

FHN Gəncədə bir sıra tibb müəssisələrində maarifləndirmə tədbirləri keçirib

Gəncədə 19 oktyabr tarixində bir sıra tibb müəssisələrində Dövlət Yanğın Nəzarəti Xidməti maarifləndirmə tədbirləri keçirib. Bu haqda Fövqəladə Hallar Nazirliyi məlumat paylaşıb.

Tədbirlər Gəncə regional Dövlət Yanğın Nəzarəti İdarəsi tərəfindən Gəncə şəhər Uşaq Stomatoloji Poliklinikasında, Yeni Gəncə Tibb Mərkəzində, Akademik Z.Məmmədov adına Gəncə şəhər Təcili Tibbi Yardım Xəstəxanasında keçirilib.

Tibb işçiləri dəm qazı təhlükəsi, məişətdə yanğın təhlükəsizliyi, odsöndürənlərdən istifadə qaydası mövzularında məlumatlandırılıblar. Toplantılarda ərazinin daim təmiz vəziyyətdə saxlanmasının, normativ sənədlərə uyğun ilkin yanğınsöndürmə vasitələri ilə təmin edilməsinin, yanğın zamanı insanların binadan köçürülməsi planlarının hazırlanmasının vacibliyi qeyd olunub, ilkin yanğınsöndürmə vasitələrindən istifadə qaydaları əyani nümayiş etdirilib.

 

Ən Çox Oxunan