13 C
Gence
11.5 C
Ganja

“Fövqəladə hallar zamanı ilkin davranış qaydaları” adlı tədbir keçirilib

Gəncədə daha bir tədbir baş tutub. Bu haqda 21 noyabr tarixində İcra Hakimiyyətinə istinadən xəbər veririk.

Səhiyyə Nazirliyi Gəncə Tibb Kollecində “Fövqəladə hallar zamanı ilkin davranış qaydaları” adlı mülki müdafiə tədbiri keçirilib. Burada İcra Hakimiyyəti başçısı Aparatının Şəhərin mədəni irsinin qorunması şöbəsinin müdiri, Mülki müdafiə işinin aparıcısı Yadigar Bədəlov, Tibb Kollecinin direktoru, kollecin Mülki müdafiə rəhbəri, Əməkdar həkim Mehman Rzayev, FHN-in Regional Mərkəzinin Mülki Müdafiə idarəsinin rəisi, polkovnik leytenant Rauf Abbasov və kollecin kollektivi iştirak ediblər.

Tədbirdə fövqəladə hallar zamanı ilkin davranış qaydalarından və hadisə baş verən zaman kollecin mülki müdafiə qüvvələrinin icra etməli olduqları vəzifələrdən danışılıb. Daha sonra kollecin mülki müdafiə dəstəsi üçün səhnələşdirmiş təhlükə siqnalı verilib, şəxsi heyət ictimai asayişi mühafizə manqası tərəfindən təxliyə edilib.

Sonda FHN-in Regional Mərkəzinin xilasetmə dəstəsinin rəisi mayor Şahbaz Şükürovun xilasetmə qurğularının sərgisinin nümayişi baş tutub.

Ən Çox Oxunan