21.4 C
Gence
20.5 C
Ganja

Fərdi yaşayış evlərinin tikintisi məqsədilə torpaqlar satılacaq

Gəncədə müsabiqə yolu ilə torpaq sahələri satılacaq. Bu haqda məlumatı avqustun 13-ü İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə istinadən veririk.

Gəncə şəhəri Nizami Bələdiyyəsi fərdi yaşayış evlərinin tikintisi məqsədilə aşağıda qeyd edilən sahələrə malik torpaqları satışa çıxaracaq:

  • 665 kv.m;
  • 450 kv.m;
  • 386 kv.m;
  • 351 kv.m.

Müsabiqələr sentyabrın 15-də saat 15:00-da keçiriləcək. Ərizələr 15 avqust – 14 sentyabr 2022-ci il tarixlərində qəbul edilir.

Ətraflı məlumatı link vasitəsi ilə əldə edə bilərsiniz.