Gəncədə fiziki məhdudiyyətli şəxslər üçün fəaliyyət göstərən ictimai birliyin iki illiyi keçirilib. Bu haqda Gencexeber.az-a 13 aprel tarixində məlumat daxil olub.
“Fərəh” sosial və ictimai birliyi iki yaşını qeyd edib. Tədbir Məhsəti Gəncəvi mərkəzində təşkil olunub. Burada birliyin təsisçiləri, könüllüləri, müəllimləri, üzvləri və onların valideynləri iştirak ediblər.
Tədbirdə bir sıra şəxslərin çıxışları baş tutub. Daha sonra ictimai birliyin bir qrup üzvü təltif olunub. Onlara sertifikatlar təqdim edilib.