Gəncədə anım günü ilə bağlı tədbir keçirilib. Bu haqda 11 oktyabr tarixində Heydər Əliyev Mərkəzinə istinadən məlumat veririk.
Tədbir “Erməni terrorunun sübutu-Gəncə hadisələri” mövzusunda baş tutub. Burada 3 saylı Peşə Liseyinin müəllim və Turizm Təşkilatçısı ixtisasının tələbələri iştirak ediblər. Mərkəzin kiçik elmi işçisi Dursun Əliyeva Heydər Əliyev Xatirə Muzeyi haqqında məlumat verib.
Daha sonra ermənilərin Gəncəni bombalaması barədə danışılıb. Burada mərkəzin baş fond mühafizi İlknur İsgəndərova, elmi işçi Gülər Ellazova, bələdçi Könül Süleymanova, 3 saylı Peşə Liseyinin müəllimi Mehri İbrahimova çıxış ediblər.
Sonra 3 saylı Peşə Liseyinin tələbələri Qurban Hüseynov və Elgün Mehdiyev mövzu ilə bağlı öz fikirlərini bildiriblər, şəhidlərə həsr olunmuş şeirlər söyləyiblər.