Gəncədə master-klas təşkil olunacaq. Bu haqda 27 may tarixində Gənclər Evinə istinadən məlumat veririk.
“English with movies” adlı ingiliscə danışıq üzrə master-klasın mövzusu “Wednesday” filmi ilə bağlı olacaq. Ustad dərsi 31 may tarixində saat 14:00-da Gənclər Evində baş tutacaq. Burada filmdən səhnələr izləniləcək, komandalara bölünərək danışıq bacarığının inkişafı üçün oyunlar oynanılacaq.
Qaliblər münsiflər heyəti və zaldan səsvermə nəticəsində müəyyən ediləcəklər. İştirak edən hər kəsə sertifikat veriləcək. Qatılmaq üçün qeydiyyatdan keçmək lazımdır. İştirak ödənişsizdir.
Qeydiyyat linki: