Gəncədə “Çempionumuz” layihəsi çərçivəsində görüş keçiriləcək. Bu haqda 29 mart tarixində layihənin Facebook səhifəsinə istinadən məlumat veririk.
Görüşün qonağı taekvondo üzrə Avropa çempionu, 5 qat Azərbaycan çempionu, beynəlxalq turnirlərin qalibi və mükafatçısı, idman ustası İmran Zalov olacaq. Tədbir 30 mart tarixində saat 11:00-da Gəncə şəhər 27 nömrəli tam orta məktəbdə baş tutacaq.
İştirakçılar onları maraqlandıran sualları idmançıya ünvanlayaraq həmsöhbət olacaqlar.