16.9 C
Gence
17.5 C
Ganja

EMA Group Aqronomluq fakültəsinin tələbələri ilə görüşüb

Gəncədə tələbələrlə görüş keçirilib. Bu haqda 17 noyabr tarixində ADAU-ya istinadən məlumat veririk.

EMA Group şirkətinin əməkdaşları Azərbaycan Dövlət Aqrar Universitetində olublar. Burada Aqronomluq fakültəsinin tələbələri ilə görüş baş tutub. Tədbirdə şirkətin baş direktoru Zaur Abdullayev və satış və marketinq meneceri Mehmet Manavoğlu gənclərə EMA Group haqqında ətraflı məlumat verərək, şirkətin aqrar sahədə yeri və rolu, xarici partnyorlarla əlaqələrindən danışıblar. Bildirilib ki, müəssisə ölkədə kənd təsərrüfatı üçün dərman, gübrə, toxum və avadanlıq sahələrində 1996-cı ildə fəaliyyətə başlayan ilk və qabaqcıl şirkətdir.

Gənc aqronomlar şirkətdə təcrübə və karyera perspektivləri barədə maarifləndiriliblər.

Sonda iştirakçıların sualları cavablandırılıb.

Ən Çox Oxunan