16.9 C
Gence
16.9 C
Gence

Elxan Elatlının “Xəyanət” romanı müzakirə olunacaq

Gəncədə kitab klubunun görüşü baş tutacaq. Bu haqda 19 noyabr tarixində Maarif Evinə istinadən məlumat veririk.

Klub həftənin bazar günü, 20 noyabr saat 14:00-da təşkil olunacaq. Gənclər bir araya gələrək Elxan Elatlının “Xəyanət” romanını müzakirə edib, fikir mübadiləsi aparacaqlar. İştirak ödənişsizdir. Vaxtını səmərəli və maraqlı keçirmək istəyən hər kəs bura qatıla bilər.

Qeyd edək ki, Gəncə Maarif Evi Nizami Gəncəvi prospekti, 81 ünvanında yerləşir.

Ən Çox Oxunan