Gəncədə bir neçə müxtəlif funksiyalı dirək qəzalı vəziyyətdədir. Bu haqda Gencexeber.az-a 30 may tarixində məlumat daxil olub.
Söhbət şəhərin Məhəmməd Bürcəliyev və 20 Yanvar küçələrindən gedir. Sözügedən ərazilərdən birincisində elektrik və telefon dirəkləri əyilib. Onlar qəzalı vəziyyətdədirlər. Sakinlərin sözlərinə görə, elektrik dirəyini yanında yerləşən ağacın budaqları saxlayır.
20 Yanvar küçəsindəki dirəkdən telefon xətti naqilləri keçir. Həmin dirək yol tərəfə əyilib. Sakinlər bu vəziyyətdən narahat olduqlarını bildirirlər.
“Bu dirək hansısa piyadanın və ya avtomobilin üstünə aşa bilər. Vaxtında təmir edilsə, yaxşı olar”, – deyə onlar qeyd ediblər.