23.2 C
Gence
23.2 C
Gence

Elçin Zeynalovun 75 illik yubileyi qeyd olunub

Gəncədə Əməkdar məşqçinin yubileyi keçirilib. Bu haqda 4 aprel tarixində İcra Hakimiyyətinə istinadən məlumat veririk.

İcra Hakimiyyətinin dəstəyi, Gəncə-Daşkəsən Regional Təhsil İdarəsinin təşkilatçılığı ilə Gəncə şəhər 10 nömrəli tam orta məktəbdə Əməkdar məşqçi, “Şöhrət” ordenli, “Tərəqqi” medallı Elçin Zeynalovun 75 illik yubileyi münasibətilə tədbir təşkil olunub. Burada icra başçısı Niyazi Bayramov, Türkiyənin Gəncədəki Baş konsulu Recep Öztop, millət vəkili Müşfiq Cəfərov, Regional Təhsil İdarəsinin müdiri Anar Qədiməliyev, İcra Hakimiyyəti başçısı Aparatının məsul əməkdaşları, Gənclər və İdman Baş İdarəsinin rəisi, ADAU-nun rektor əvəzi, şəhərin idman ictimaiyyətinin nümayəndələri, ziyalılar və təhsil işçiləri iştirak ediblər.

Şəhər rəhbəri Elçin Zeynalovun şərəfli ömür yolundan danışıb. Bildirilib ki, Elçin Zeynalov ömrünün böyük hissəsini Gəncə idmanının inkişafına həsr edib. Çıxışının sonunda Niyazi Bayramov Əməkdar məşqçini 75 illik yubileyi münasibətilə təbrik edib, ona Gəncə şəhərində idmanın inkişafına verdiyi misilsiz xidmətlərə görə “Təşəkkürnamə” verib.

Tədbirdə şagirdlər tərəfindən müxtəlif musiqi və idman nömrələri təqdim olunub.

Ən Çox Oxunan