Gəncədə yeni komediya nümayiş olunacaq. Bu haqda 21 aprel tarixində Gəncə Dövlət Filarmoniyasına istinadən məlumat veririk.
Türk aktyorlarının da yer aldığı romantik komediya çəkilib. 25 apreldən etibarən “Elçilik. Oğlan sizdən, Qız bizdən” adlı komediya Gəncə Dövlət Filarmoniyasında nümayiş etdiriləcək. İlk seans saat 18:00-da baş tutacaq.
Filmin quruluşçu rejissoru İlham Yaşaroğlu, baş prodüseri Toğrul Hüseynovdur. Burada Meral Konrat, Barış Kömürcüoğlu, Elgiz Əkbər, Xatun Əliyeva kimi bir sıra tanınmış aktyorlar yer alıblar.
Biletləri Filarmoniyanın kassasından əldə etmək olar.