25.8 C
Gence
21.5 C
Ganja

Ekoloji Park Kompleksinin gələn il istifadəyə verilməsi nəzərdə tutulur

Gəncədə icra başçısı Ekoloji Park Kompleksini ziyarət edib. Bu haqda 8 noyabr tarixində İcra Hakimiyyətinə istinadən məlumat veririk.

Qərb bölgəsində ilk dəfə Gəncədə bu cür park yaradılır. Niyazi Bayramov MKTİB-nin Yaşıllaşdırma şöbəsinin Gülçülük sahəsinə baxış keçirib, orada aparılan tikinti işləri ilə yerində tanış olub. Burada xüsusi yaşıllıq zolaqlarının salınması ilə yanaşı, müxtəlif növ gül-çiçək, dekorativ bitkilər, ağac tingləri də yetişdiriləcək.

Qeyd edək ki, Gəncəçayın sağ sahilində salınan parkın gələn il istifadəyə verilməsi nəzərdə tutulur.