Gəncədə müsabiqə elan olunub. Bu haqda 19 iyul tarixində Maarif Evinə istinadən məlumat veririk.
İctimai Birlik “Şeir mənim üçün” adlı qiraət müsabiqəsi elan edir. Şeir səsləndirməyi sevən, qiraət bacarıqlarına güvənən 15 yaşdan yuxarı hər kəs burada iştirak edə bilər. Qaliblər münsiflər heyəti tərəfindən seçiləcək. İştirakçılar üçün şərtlər aşağıdakı kimidir:
- Yalnız 15 yaşdan yuxarı şəxslər iştirak edə bilər;
- Səsləndiriləcək şeir qəzəl janrında olmalıdır;
- Şeirin müəllifi sərbəstdir;
- Qeydiyyatdan keçmək mütləqdir;
- Son müraciət tarixi 2 avqustdur.
I, II və III yerlərin sahibləri mükafatlandırılacaq. Qeydiyyatdan keçmək istəyənlər (055) 381 50 02 nömrəsi ilə əlaqə saxlaya bilər.