25.4 C
Gence
18.5 C
Ganja

İşə ehtiyacı olan sakinlərin nəzərinə

Gəncədə işsizlər üçün fürsət yaradılacaq. Bu haqda 16 sentyabr tarixində Dövlət Məşğulluq Agentliyinə istinadən xəbər veririk.

Şəhərimizdə əmək yarmarkası keçiriləcək. 20 müəssisə tərəfindən 200-dən çox vakansiyanın çıxarılması nəzərdə tutulub. Yarmarkaya gələn namizədlər şəxsiyyət vəsiqələrini və CV nümunələrini təqdim etməlidirlər. Burada iştirakçılara vakansiyalar, iş öhdəlikləri və şərtlər haqqında daha ətraflı məlumat veriləcək. 

Yarmarka 22 sentyabr tarixində Azərbaycan bayrağı küçəsi, 78 ünvanındakı Gəncə Dövlət Dram Teatrında saat 11:00-da başlayacaq və iki saat davam edəcək.