22.5 C
Gence
22.5 C
Gence

Ege Universitetinin müəllimləri Heydər Əliyev Mərkəzində olublar

Türk müəllimlər Gəncədə ekskursiyada olublar. Bu haqda 22 aprel tarixində Heydər Əliyev Mərkəzinə istinadən məlumat veririk.

Türkiyənin Ege Universiteti ilə həyata keçirilən beynəlxalq ikili diplom proqramı çərçivəsində ADAU-da dərs keçən müəllimlər Heydər Əliyev Mərkəzini ziyarət ediblər. Mərkəzin bələdçisi Könül Süleymanova onlara ümummilli liderin həyatı və fəaliyyəti haqda məlumat verib.

Qonaqlar ulu öndərin Gəncə şəhərinə müxtəlif vaxtlarda səfərlərini və qədim Gəncə şəhərinin tarixini əks etdirən eksponatlarla tanış olublar.

Ən Çox Oxunan