Gəncədə gənclər üçün təlimlər keçirilib. Bu haqda 22 aprel tarixində “Vətəndaş Cəmiyyətində Debat” İctimai Birliyinə (DVC) istinadən məlumat veririk.
“Gənclər Debatda” şüarlı təlimlər DVC-nin Gəncə Regional Debat Mərkəzinin təşkilatçılığı ilə Gəncə Gənclər Evində təşkil olunub. Burada “Debatçı olmağınla fərqlən”, “Komanda quruculuğu”, “Effektiv nitq” mövzularında seminarlar baş tutub.
Bildirilib ki, növbəti mərhələdə gənclərimiz debat turnirində iştirak edəcəklər.