Gəncə Dövlət Dram Teatrı Türkiyədə festivalda iştirak edir. Bu haqda 18 may tarixində Azərtac-a istinadən xəbər veririk.
Aktyorlarımız qardaş Türkiyənin Trabzon şəhərində mayın 16-26-da keçirilən “23. Uluslararası Karadeniz Tiyatro Festivalı”nda çıxış edirlər.
Bu barədə məlumatı Gəncə Dövlət Dram Teatrının Ədəbi hissə müdiri Anar Burcəliyev verib. Onun sözlərinə görə, yaradıcı kollektiv festivalda E.İoneskonun “Kral ölür” tamaşası ilə çıxış edəcək.
“Teatr festivalda Ankara, İstanbul, İzmir, Ərzurum, İtaliya, Norveç, Bolqarıstan və Qazaxıstandan dəvət almış dövlət teatrları ilə eyni səhnəni paylaşacaq. Tamaşanın quruluşçu rejissoru Tural Mustafayev, quruluşçu rəssamı isə Mustafa Mustafayevdir. Tamaşada rolları Əməkdar artistlər: Elxan Abbasov, İlham Hüseynov, Sevda Orucova, Kəmalə Məmmədova, aktrisa Günay Cabbarova və aktyor Ruslan Hüseynov ifa edirlər”, – deyə A. Burcəliyev bildirib.