Gəncədə dizayn üzrə layihə start götürür. Bu haqda 23 yanvar tarixində GİKM-yə istinadən məlumat veririk.
Azərbaycan Respublikasının Gənclər Fondunun maliyyə dəstəyi, Gənclərin İnkişaf və Karyera Mərkəzinin Gəncə nümayəndəliyinin və Azərbaycan Texnologiya Universitetinin tərəfdaşlığı ilə “DO! – Dizayner Ol!” layihəsi baş tutacaq. Proqram moda, interyer və qrafik dizayn istiqamətləri üzrə fəaliyyət göstərən və peşəkarlaşmaq istəyən gənclər üçün 3 mərhələli şəkildə həyata keçiriləcək.
İştirak üçün şərtlər aşağıdakılardır:
- 18-29 yaş aralığında olan gənclər;
- Moda, interyer və qrafik dizayn sahələrindən ən azından birində təcrübə;
- Bu sahə üzrə inkişafa meyilli və motivasiyalı.
4-9 fevral tarixlərində Gəncədə təlimlər və öyrənmə səfərləri, 11 fevralda isə Göygöldə Dizayn Peşəsi Festivalı baş tutacaq. Sonda iştirakçılar diplomla təltif olunacaqlar.
Qeydiyyat üçün link: https://docs.google.com/forms/d/e/1FAIpQLScWfdYLgCMt2oAixCC54evRJRtXmT8h1_s6SaVc0SPt_q6t9w/viewform. Son müraciət tarixi 28 yanvardır.