25.8 C
Gence
21.5 C
Ganja

“DO! – Dizayner Ol!” layihəsi start götürüb

Gəncədə dizaynerlər üçün layihə başlayıb. Bu haqda 13 fevral tarixində GİKM-yə istinadən məlumat veririk.

“DO! – Dizayner Ol!” layihəsinin birinci mərhələsində təlimlər təşkil olunub. İlk gündə “dizaynda Rams prinsipləri”, “Dizaynerin inkişaf yolu” və “Sifarişçi dizayner münasibətləri” mövzuları keçilib. Ümumilikdə 6 təlim, 3 öyrənmə səfəri və 1 Dizayn Peşəsi Festivalı təşkil olunacaq.

Qeyd edək ki, “DO! – Dizayner Ol!” layihəsi Gənclər Fondunun maliyyə dəstəyi, Gənclərin İnkişaf və Karyera Mərkəzinin Gəncə nümayəndəliyinin və Azərbaycan Texnologiya Universitetinin tərəfdaşlığı ilə həyata keçirilir.