19.7 C
Gence
19.7 C
Gence

İdman Nazirliyi həftəlik plan paylaşıb

Gəncədə bu həftə keçiriləcək idman tədbirləri açıqlanıb. Bu haqda 1 may tarixində Gənclər və İdman Nazirliyinə istinadən məlumat veririk.

Gənclər və İdman Nazirliyi 1-7 may tarixləri üçün tədbir planını paylaşıb. Cədvəldə aşağıdakı yarışlar yer alıb:

  • “Heydər Əliyev İli”nə həsr olunmuş idarə, müəssisə və təşkilat əməkdaşları arasında “İnkişaf Kuboku II” minifutbol yarışı – 1-5 may, saat 15:00 (“27.05” futbol meydançası);
  • Heydər Əliyev İli”nə həsr olunmuş boks üzrə 2009-2010, 2011-2012-ci il təvəllüdlü yeniyetmələr arasında açıq birincilik – 1 may, saat 11:00 (Nizami Gəncəvi adına Mədəniyyət Evi);
  • “Heydər Əliyev İli”nə həsr olunmuş “Əzm” marafonu – 1 may, saat 11:00-da (Gənclər Evi).

Ən Çox Oxunan