Gəncədə “Heydər Əliyev İli”nə həsr olunmuş tədbir baş tutacaq. Bu haqda 11 yanvar tarixində Gənclər Evinə istinadən məlumat veririk.
Gəncə Şahmat Məktəbində “İdmanın böyük himayədarı – Heydər Əliyev” adlı tədbir keçiriləcək. Görüş 15 yanvar tarixində saat 11:00-da təşkil olunacaq. Burada Heydər Əliyev tərəfindən idmana göstərilən qayğı və bugünkü idmanımızdakı uğurlar haqqında söhbət açılacaq.
Tədbirə hər kəs qatıla bilər. İştirak ödənişsizdir.