15.3 C
Gence
15.3 C
Gence

İdmançılarımız Asiya kubokunda bir və üçüncü yerlərə çıxıblar

Gəncədə Asiya kubokunun çempionu ilə görüş keçirilib. Bu haqda 27 may tarixində Gənclər və İdman Baş İdarəsinə istinadən məlumat veririk.

Özbəkistanın paytaxtı Daşkənddə savat üzrə ikinci Asiya kuboku yarışları keçirilib. Burada ölkəmizi təmsil edənlərin arasında Nizami yurdunun yetirmələri Sənan Babazadə və Beyrək Bağırov da yer alıblar. Sənan 80 kiloqram çəki dərəcəsində bütün rəqiblərinə qalib gələrək və bu çəkidə ilk dəfə rekord olaraq, fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. Beyrək isə 75 kiloqram çəki dərəcəsində turniri üçüncü pillədə başa vurub.

İdmançılarımız Gənclər və İdman Baş İdarəsinə gələrək rəis Həmid Nəsirovla görüşüblər. Nəsirov onları qazandıqları qələbələr münasibətilə təbrik edib və gələcək yarışlarda uğurlar arzulayıb. Göstərilən diqqət və qayğıya görə Sənan Babazadə və Beyrək Bağırov Baş İdarə rəhbərliyinə öz minnətdarlıqlarını bildiriblər və bundan sonra da öz qələbələri ilə ölkəmizin bayrağını uca tutacaqlarını diqqətə çatdırıblar.

Sonda Sənan Babazadəyə qazandığı uğurlu nəticələr münasibətilə Baş İdarə tərəfindən Fəxri diplom təqdim olunub.

Ən Çox Oxunan