16.4 C
Gence
16.4 C
Gence

Ədliyyə işçiləri Heydər Əliyevin abidəsini ziyarət ediblər

Gəncədə ədliyyə işçilərinin peşə bayramları qeyd olunub. Bu haqda 22 noyabr tarixində İcra Hakimiyyətinə istinadən məlumat veririk.

Azərbaycanın ədliyyə orqanlarının yaranmasından 104 il ötür. Bu münasibətlə Heydər Əliyevin Gəncənin Baş meydanındakı abidəsi ziyarət olunub. Tədbirdə icra başçısı Niyazi Bayramov, şəhərdə fəaliyyət göstərən məhkəmə və ədliyyə orqanlarının rəhbər işçiləri iştirak ediblər.

Ümummilli liderin abidəsi önünə gül dəstələri düzülüb, ruhu ehtiramla yad olunub.

Ən Çox Oxunan