“İdeyanı Reallaşdır 2022” qrant müsabiqəsinin nəticələri elan olunub. Bu haqda 7 oktyabr tarixində Gəncə Gəncləri Facebook səhifəsinə istinadən məlumat veririk.
Belə ki, GİKM-in Gəncə nümayəndəliyinin könüllü və təcrübəçiləri layihə tərtib edərək müsabiqəyə qoşulublar. Nəticədə 7 gəncimizdən 5-nin layihəsi məqbul hesab edilərək qəbul olunub. Onlar:
- Aişə Məmmədova “Qarabağı Tanıt!” layihəsi;
- Anaxanım Rzazadə “DO! – Dizayner Ol!” layihəsi;
- Elnarə Şahbazova “Təbiətin bir parçası – Mən” layihəsi;
- Firuzə Rzazadə “Gəncdən gəncə inkişaf” layihəsi;
- Zərifə Gözəlova “Azərbaycanın İncə İrsi İncəsənət” layihəsi.
Qeyd edək ki, ümumilikdə müxtəlif istiqamətlər üzrə 178 gəncin layihəsi qalib gəlib.