16.9 C
Gence
16.9 C
Gence

Deputat Bakı-Gəncə aviareysinin bərpa olunmasını təklif edib

Bakı-Gəncə aviareysi müzakirə olunub. Bu haqda 11 noyabr tarixində Apa-ya istinadən məlumat veririk.

Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu, Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə, İnsan hüquqları, Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitələrinin birgə iclası keçirilib. Burada deputat Naqif Həmzəyev Bakı-Gəncə aviareysinin hansı səbəbdən bərpa olunmadığını soruşub.

Bakıdan Gəncəyə bir qatar işləyir. “Qatarların sayını artıra bilərikmi? Biz turizmin inkişafından danışırıq. Ancaq şəxsi avtomobillərlə, köhnə avtobuslarla turistlərin daşınması heç də ürəkaçan deyil. Biz sivil daşımaları artırsaq, çox yaxşı olar”, – deyə deputat qeyd edib.

 

Ən Çox Oxunan