24.7 C
Gence
24.7 C
Gence

Dekorativ tətbiqi sənət ustası gənclərə rəsm dərsi keçib

Gəncə Gənclər Evinin metodisti 29 sentyabr tarixində rəsm sevər gənclərə “Xəmsənin əlvan rəngləri” adlı ustad dərsi keçib. Bu haqda qurumun rəsmi Facebook səhifəsində paylaşım edilib.

Dekorativ tətbiqi sənət ustası Sona Məhərrəmova Azərbaycan miniatür sənətinin çəkilmə texnologiyasını və vərəq üzərində onun kompozision yerləşdirilməsi, qurulması və rəngləndirməsini öyrədib.

Paylaşımda qeyd edilib ki, məqsəd gənc nəsli Nizami Gəncəvinin yaradıcılığı ilə yaxından tanış etmək, eyni zamanda onlarda klassik irsə məhəbbət hissi aşılamaq, dahi şairin “Xəmsə”-sinin süjetləri əsasında orta əsr Azərbaycan miniatür sənətinə maraq oyatmaq, təsviri – tətbiqi sənət növləri vasitəsilə bilik və bacarıqlarını formalaşdırmaqdan ibarətdir.

Ən Çox Oxunan