5.8 C
Gence
5.8 C
Gence

Dayanacaqlarda informasiya lövhələrinin olmaması sakinlərə çətinlik yaradır

Gəncədə avtobus dayanacaqlarında informasiya lövhələri quraşdırılmayıb. Bu haqda məlumat Gencexeber.az-a martın 19-u daxil olub.

Sakinlərin bu haqda narazılıqları redaksiyamıza dəfələrlə daxil olub. Onların çətinliyi bundan ibarətdir ki, olduqları ərazilərdən neçə nömrəli avtobusların, nəqliyyatın hansı istiqamətdə və hansı intervalla hərəkət etməsi bilinmir.

İzləyicimizin sözlərinə görə, heç bir lövhə yoxdur. Sərnişinlər məcbur bir birilərindən soruşurlar. Həmçinin bəzi avtobuslar dayanacaqlarda dayanmır. Nəticədə sakinlər qışın soyuğunda, yayın qızmar günəşi altında xeyli vaxt gözləməli olurlar.

Xatırladaq ki, ictimai nəqliyyatla yaşanan çətinlik haqda xəbər vermişdik.

Ən Çox Oxunan