14.7 C
Gence
14.7 C
Gence

Daxili xəstəliklər uzmanı pulsuz müayinə keçirəcək

Gəncədə həkim tərəfindən ödənişsiz konsultasiya keçiriləcək. Bu haqda 5 oktyabr tarixində Memorial Hospitala istinadən məlumat veririk.

Daxili xəstəliklər uzmanı, doktor Vüsal Sadıxov pasiyentləri ödənişsiz qəbul edəcək. Aksiya hospitalda 6, 7 və 8 oktyabr tarixlərində saat 09:00-dan 17:00-dək keçiriləcək.

Həkim tərəfindən müalicə edilən xəstəliklər aşağıda göstərilib:

  • Revmatoloji xəstəliklər;
  • Şəkərli diabet;
  • Tənəffüs yolu infeksiyaları;
  • KOAH (Xroniki obstruktiv ağciyər xəstəliyi);
  • Astma;
  • Hipertoniya (Yüksək təzyiq);
  • Xolesterol yüksəkliyi;
  • Tiroid xəstəliyi;
  • Vitamin əksikliyi;
  • Dispepsiya;
  • Anemiya müalicəsi;
  • Qaraciyər, mədə və öd daşı xəstəlikləri;
  • Böyrək xəstəlikləri və s.

Müayinədən keçmək istəyənlər canlı növbə sistemi ilə həkim qəbuluna düşə bilərlər. Əlavə məlumat üçün aşağıdakı nömrələrdən istifadə etmək olar:

  •  (022) 428 97 97;
  •  (070) 628 97 97;
  •  (070) 528 97 97 (WhatsApp).

Klinika Şah İsmayıl Xətai prospekti, 550 ünvanında, “Dan Ulduzu” şadlıq sarayının yanında yerləşir.

Ən Çox Oxunan