13 C
Gence
13 C
Gence

Daha bir sıra məntəqədə Türkiyə üçün yardım toplanılır

Gəncədə yardımsevərlər Türkiyədə zəlzələ nəticəsində zərər çəkmiş qardaşlarımız üçün yardım toplayırlar. Bu haqda Gencexeber.az 8 fevral tarixində məlumat verir.

Ötən gün “Qardaş köməyi” aksiyası barədə məlumat vermişdik. Bu gün daha bir sıra yardım məntəqələri barədə məlumat toplayıb təqdim edirik:

  • Köhnə “Metallurq” stadionu, Tağı Arani küçəsi;
  • “Grand Qafqaz” ticarət mərkəzi, Abbas Səhhət adlanan ərazi (051 621 26 42, Ümid);
  • “Natural halı” mağazası, Heydər Əliyev prospekti, 175 (050 966 67 72);
  • “Tursh kafe”, Vaqif küçəsi, 160 (055 936 30 17).

Lazımi ərzaq və əşyaların siyahısını aşağıda təqdim edirik:

  • Palto;
  • Yağış plaşı;
  • Qışlıq çəkmələr;
  • Sviterlər;
  • Qalın şalvarlar;
  • Əlcək;
  • Şərf;
  • Papaq;
  • Corab;
  • Alt geyimləri;
  • Konservlər;
  • Uşaq yeməkləri, quru süd;
  • Uşaq paltarları;
  • Uşaq bezi, nəm salfet;
  • Təmizlik və gigiyenik vasitələr;
  • Qadın bezi;
  • Çadır;
  • Yataq;
  • Döşək (çadır üçün);
  • Yorğan, örtük;
  • Tulum yataq;
  • Qaz balonu (boş);
  • Tüp;
  • Termos;
  • Əl fənəri;
  • Poverbank;
  • Generator.

Yardımların toplanıldığı digər məntəqələri şərhdə yaza bilərsiniz.

Ən Çox Oxunan