Gəncədə daha bir məhlə abadlaşdırılıb. Bu haqda 20 aprel tarixində Kəpəz rayon bələdiyyəsinə istinadən məlumat veririk.
Qurumun təşəbbüsü və təşkilatçılığı ilə 1-ci mikrorayon, 10 nömrəli binanın həyatyanı sahəsində işlər görülüb. Ərazi asfaltlanıb və tamet daşları vurulub. Burada uşaqlar üçün oyun meydançası və söhbətgahlar qurulub, həmçinin skamyalar qoyulub.