Gəncədə 12 oktyabr tarixində şəhid və qazi ailələri ilə görüş baş tutub. Bu haqda Dövlət Miqrasiya Xidməti məlumat paylaşıb.
Gəncə regional miqrasiya idarəsinin işçiləri şəhid Zərbəli Qafarovun və Elgün Xıdırovun ailələrinə baş çəkiblər. Görüşdə onların müharibədəki igidliyindən bəhs edilib, şəhidlərimizin gələcək nəsil üçün örnək olduqları bildirilib.
Daha sonra Füzuli döyüşlərində yaralanan qazimiz Samir Alıyevin ailəsi ziyarət olunub.
Hər üç ailəyə yardımlar göstərilib.