Gəncədə erməni terroru zamanı evləri zərər görmüş sakinlərlə görüş keçirilib. Bu haqda İcra Hakimiyyəti 10 noyabr tarixində məlumat paylaşıb.
Sakinlər Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin nümayəndələri və podratçı şirkətlərin rəhbərləri ilə görüşüblər. Ailələrin müraciətləri dinlənilib. Üzə çıxan problemlərin aradan qaldırılması üçün müvafiq tapşırıqlar verilib.
Qeyd edək ki, görüş onlayn formada keçirilib.